BMT-NİN BAŞ KATİBİ SAĞLAMLIQ GÜNÜ MÜNASİBƏTİLƏ DÜNYA XALQLARINA MÜRACİƏT ETMİŞDİR
Müraciətdə deyilir: “Şübhəsiz ki, bütün dünyada insanların sağlamlığını mühafizə etmək və yaxşılaşdırmaq, habelə Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün biz səhiyyə sistemi işçilərinin sayının qlobal səviyyədə artırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməliyik. Bu məqsədlərə nail olmaq üçün təkcə Afrika qitəsinə daha bir milyon səhiyyə işçisi lazım olacaqdır”. Baş katibin sözlərinə görə, bu tədbirlər həyata keçirilməzsə, uşaqlar arasında immunlaşdırma aparmaq, yoluxucu xəstəliklərin və ana ölümünün qarşısını almaq mümkün olmayacaqdır.
K.Annanın fikrincə, bu böhranı aradan qaldırmaq üçün milli və qlobal səviyyədə əməkdaşlıq zəruridir. Bu səbəbdən builki Sağlamlıq günü “Sağlamlıq naminə birgə çalışaq” şüarı ilə keçirilir. Müraciətdə deyilir: “Bu gün mən bütün maraqlı tərəfləri – hökumətləri, peşəkar təşkilatları, vətəndaş cəmiyyətlərini, özəl sektoru, medianı və beynəlxalq donorları öz səylərini birləşdirməyə və səhiyyə sahəsinə sərmayələri artırmağa çağırıram”.