BMT: Okeanlarda su səviyyəsinin artım tempi rekord həddə çatıb
Bakı, 7 iyun, AZƏRTAC
BMT qlobal istiləşmənin okean və dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri barədə xəbərdarlıq edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 8 iyun - Dünya Okean Günü ərəfəsində açıqladığı məlumatına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb və son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.
Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. ÜMT-nin hesabatında deyilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub.
Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam etsə, 2100-cü ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]