BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
Bakı, 4 dekabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında bağırsaq, dəri və hepatit növlərinin yayılması ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, UNRWA-nın Qəzza üzrə mətbuat direktoru Adnan Abu Husne mövzu ilə bağlı mətbuata açıqlama verib.
Əbu Hüsne əvvəlki günlərlə müqayisədə bölgədə bağırsaq xəstəliklərinin 4 dəfə, dəri xəstəliklərinin isə 3 dəfə artdığını bildirib.
BMT rəsmisi təsdiq edib ki, bölgədə vəba epidemiyasına yoluxma hallarının artıb, həmçinin hepatit növləri ilə bağlı bəzi məlumatlar var.
UNRWA-nın Qəzza direktoru Tomas Uayt dünən BBC-yə verdiyi açıqlamada Fələstin bölgəsindəki məktəblərindən birində hepatit A epidemiyasının şahidi olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]