BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda
Bakı, 10 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi Əsmət Əzizovanın həmmüəllifi olduğu elmi məqalə “Journal of Molecular Structure”də dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Q1 kateqoriyalı beynəlxalq jurnal “Scopus” bazasında indekslənir.
“O-H···N və O-H···O hidrogen rabitələrinin qismən kovalent xarakterli hidratlaşdırılmış nikotinoil-hidrazon əsaslı törəmələrində hidrogenlə əlaqəli supramolekulyar şəbəkələr: Rentgen və hesablama tədqiqatlarından əldə edilən məlumatlar” adlı məqalədə hidratlaşmış nikotinoil-hidrazon törəmələrinin quruluşu və hidrogen rabitələrinin xüsusiyyətləri eksperimental və nəzəri üsullarla araşdırılıb.
Tədqiqat nəticəsində müəyyən edilib ki, hidratlaşma və izomerlik molekullararası hidrogen rabitələrinin xarakterinə və maddələrin stabilliyinə birbaşa təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [17:48]
GDU-da elektron kitabxana istifadəyə verilib
- 10.02.2026 [16:56]
Müasir risklər və uşaq hüquqlarının qorunması – ŞƏRH
- 10.02.2026 [16:47]
Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər
- 10.02.2026 [16:05]
“Regional İnkişaf” İctimai Birliyi sosial və təhsil layihələrini dəstəkləyir
- 10.02.2026 [15:19]
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb
- 10.02.2026 [14:28]
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib
- 10.02.2026 [13:17]