BMU-nun rektoru Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 18 may, AZƏRTAC
Gürcüstanda səfərdə olan Bakı Mühəndislik Universitetinin rektoru, Azərbaycanın Əməkdar elm xadimi, professor Havar Məmmədov mayın 18-də Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, professor Havar Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Havar Məmmədov Gürcüstan Texniki Universiteti rəhbərliyinin dəvəti ilə bu ölkədə səfərdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi