DÜNYA
Bolqarıstanda hər il 50 min nəfər öz ölkəsini tərk edir
Sofiya, 12 fevral, AZƏRTAC
Hər il 50 minədək bolqar öz vətənini tərk edərək digər ölkələrə üz tuturlar.
Bu barədə “Podkrepa” Əmək Konfederasiyasının sədri Konstantin Trençev təşkilatın 10-cu konqresində bildirib.
O deyib ki, Bolqarıstanda doğum sayı 1995-ci ildəki 175 mindən 2018-ci ildə 65 min nəfərə enib. Hər il 110 min nəfər Bolqarıstan vətəndaşı vəfat edir. BMT-nin məlumatına əsasən, Bolqarıstan əhalisi 7 milyon nəfərdən azdır. Ölkənin hər üçüncü vətəndaşı hesabların ödənilməsində çətinlik çəkir.
Avrostatın məlumatına əsasən 2070-ci ildə Bolqarıstanın əhalisi 4,9 milyon nəfərədək azalacaq. Bunun əsas səbəbləri kimi miqrasiya, yüksək ölüm və aşağı doğum səviyyəsi göstərilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]