BOSNİYA MÜSƏLMANLARININ KÜTLƏVİ SURƏTDƏ BASDIRILDIĞI 6 QƏBİRİSTAN AŞKAR EDİLMİŞDİR
Aşkar edilmiş qəbirlərdə 7 minə yaxın meyit tapılmışdır. Onların 1992-1995-ci illərdəki müharibənin gedişində aparılmış etnik təmizləmənin qurbanları olduğu güman edilir.
Bosniya və Herseqovina hökuməti yanında yaradılmış xüsusi komissiyanın qəbiristanların aşkar edilməsi faktı üzrə təhqiqatının ilk nəticələrinin iyunun ortalarında təqdim olunacağı gözlənilir.
1995-ci ildə Srebrenitsada müsəlmanların kütləvi surətdə öldürülməsi İkinci Dünya müharibəsindən sonra Avropada aparılmış ən böyük etnik təmizləmədir.
Bosniyada müharibə zamanı vəhşicəsinə öldürülmüş müsəlmanların kütləvi surətdə basdırıldıqları bu cür məzarlıqlar son bir neçə ildə dəfələrlə aşkar edilmişdir.