DÜNYA
Bosniya və Herseqovinada daşqın nəticəsində itkin düşənlərin axtarışı davam edir
Sarayevo, 7 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinada sel, daşqın və torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışı davam edir.
AZƏRTAC xəbər verir ki, mülki müdafiə qüvvələri, ordu və könüllülərin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən və texniki axtarış vasitələrində istifadə olunur. Rəsmi məlumatlara görə, sel və torpaq sürüşməsi Yablanitsa, Konyiç, Foynitsa və Kresevo kəndlərində 20 nəfərin həyatına son qoyub.
Bundan başqa, bir çox qurum təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün maliyyə yardımı göstərir, həmçinin yardım kampaniyaları başladılıb.
Serbiya və Türkiyə kimi ölkələr də Bosniya və Herseqovinaya kömək əlini uzadıb. Belə ki, Serbiyanın mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına və təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına cəlb olunub. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə bölgəyə 60 konteyner və 100 generator göndərib.
Sarayevo