Böyük Britaniyada iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb
London, 1 noyabr, AZƏRTAC
Böyük Britaniyanın cənub-qərbində yerləşən Viltşayr bölgəsində iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, qəzaya qatarlardan birinin relsdən çıxaraq digər qatara çırpılması səbəb olub.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qüvvələri cəlb olunub. Dorset və Viltşayr Yanğın və Xilasetmə Xidmətindən verilən açıqlamada qəzanın miqyasının böyük olduğu və hadisə yerinə 50 yanğınsöndürənin göndərildiyi bildirilib.
Qəzadan sonra bölgədə Fişerton tunelinə yaxın ərazidə digər qatarların hərəkəti dayandırılıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]