Böyük Britaniyanın dörd naziri Brexit vaxtını təxirə salmağı tələb edir
Bakı, 21 fevral, AZƏRTAC
Böyük Britaniyanın dörd nüfuzlu naziri ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə yol verməmək üçün hökumət başçısı Tereza Meydən Brexit vaxtını təxirə salmağı tələb edib.
AZƏRTAC “The Sun” qəzetinə istinadla xəbər verir ki, əks-təqdirdə nazirlər Tereza Meyi “qiyamla” hədələyib və gələn həftə Brexit vaxtını təxirə salmaq məsələsini parlamentin müzakirəsinə çıxarmaq təşəbbüsünə səs verəcəklərini bildiriblər. Baş nazirə çağırış təşəbbüsü ilə əmək və təqaüd işləri üzrə nazir Ember Radd, lord-kansler və ədliyyə naziri Devid Qok, biznes, energetika və sənaye strategiyası məsələləri üzrə nazir Qreq Klark və Şotlandiya məsələsi üzrə nazir Devid Mandell çıxış ediblər.
Nazirlərin dəstəklədiyi Brexit barədə qanun layihəsinə düzəlişi leyborist deputat İvett Kuper və onun mühafizəkarlar partiyasından olan həmkarı Oliver Letuin irəli sürüb. Həmin təşəbbüs üzrə səsvermə fevralın 27-də İcmalar Palatasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]