DÜNYA
BÖYÜK BRİTANİYANIN ƏFQANISTANDAKI HƏRBİ QULLUQÇULARI NAMƏLUM XƏSTƏLİYƏ TUTULMUŞLAR
Böyük Britaniyanın Əfqanıstanda, Kabil yaxınlığındakı Bəhram aviasiya bazasında olan hərbi qulluqçularından daha 22 nəfər bu həftə səhra hərbi hospitalında aşkara çıxarılmış naməlum xəstəliyə tutulmuşdur. Bu barədə Britaniyanın Kabildəki hərbi kontingentinin nümayəndəsi podpolkovnik Ben Karri məlumat vermişdir.
İTAR-TASS-ın yaydığı xəbərə görə, xəstələrin sayı 40 nəfərə çatmışdır. Onlardan biri ağır vəziyyətdə olduğuna görə təcili surətdə vətənə göndəriləcəkdir. Bundan əvvəl 8 hərbi qulluqçu Böyük Britaniyaya aparılmışdır.
Podpolkovnik demişdir: “Təzə xəstələnənlərin hamısında ishal var və qusurlar, hərarətləri yüksək olaraq qalır. Xəstəliyin xarakterini müəyyənləşdirmək üçün analiz aparılır”.
Səhra hospitalı bağlanmışdır, 333 nəfər çox ciddi karantində saxlanılır.