BÖYÜK QAFQAZ DAĞLARININ ƏTƏKLƏRİNDƏ ELEKTRİK STANSİYASI İNŞA EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Böyük Qafqaz dağlarının ətəklərində elektrik stansiyası tikiləcəkdir. Yeni stansiya Qusar rayonunda “Şahdağ” dağ-xizək kompleksini elektrik enerjisi ilə təmin edəcək, şimal bölgəsinin enerji təminatını yaxşılaşdıracaqdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, 12 aqreqatdan ibarət 104 meqavat gücündə elektrik stansiyası təbii qazla işləyəcəkdir.
Layihə çərçivəsində dağ-xizək kompleksinin ərazisində MDB məkanında ilk dəfə 110/35/10 kilovoltluq yeraltı yarımstansiyanın tikintisi və uzunluğu 30 kilometrdən çox olan 110 kilovoltluq kabelin çəkilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, kompleksin enerji təminatını yaxşılaşdırmaq üçün “Quba” və “Xaçmaz” stansiyaları arasında 40 kilometr uzunluğunda 110 kilovoltluq ikidövrəli elektrik xətti çəkiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
- 19.06.2026 [11:25]
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]