Brexit Avstriyaya ildə 250-300 milyon avroya başa gələcək
Vyana, 10 fevral, AZƏRTAC
Nizamlanmış Brexit yaxın illərdə Avstriya büdcəsinə illik 250-300 milyon avroya başa gələcək.
AZƏRTAC xəbər verir ki, bunu Avstriya Ali Araşdırmalar İnstitutunun rəhbəri Martin Koxer Avstriya teleradiosuna müsahibəsində deyib. O, Böyük Britaniyanın Avropa İttifaqından razılaşdırılmış saziş olmadan çıxacağını gözləmədiyini bildirib. “Sərt” Brexitin bütün iştirakçılar üçün ən ağır ssenari olduğunu vurğulayan iqtisadçı martın sonunadək rəsmi Londonun bu istiqmətdə həlledici qərar verməli olduğunu söyləyib.
M.Koxer, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəticəsində Aİ büdcəsində maliyyə boşluğu yaranacaq. Büdcəyə 2016-cı ildə 12,76 milyard avro vəsait köçürən Böyük Britaniyanın qurumu tərk etməsindən sonra çatışmayan vəsaitlərin bir hissəsi müxtəlif qənaət proqramları ilə kompensasiya ediləcək, digər hissəsi isə üzv ölkələr arasında bölüşdürüləcək. Hazırda büdcəyə illik təxminən 2,7 milyard avro ödəyən Avstriyanın əlavə 250-300 milyon avro köçürməsi də lazım gələcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]