Britaniya əhalisinin üçdəbiri Brexitdən əvvəl erkən seçkilərin keçirilməsini dəstəkləyir
Bakı, 4 sentyabr, AZƏRTAC
Böyük Britaniya əhalisinin təxminən üçdəbiri Brexitdən əvvəl erkən seçkilərin keçirilməsini dəstəkləyir.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, YouGov sosioloji xidmətinin araşdırmasına görə, erkən seçkilərin tərəfdarları əsasən gənclərdir.
Qəzetin yazdığına görə, Böyük Britaniya sakinlərinin 35 faizi ölkədə erkən seçkiləri dəstəkləyir, respondentlərin 46 faizi isə belə təşəbbüsün əleyhinədir. 19 faiz respondent bu məsələ ilə bağlı tərəddüd edib. Seçkilərin əleyhinə çıxanlar yaşı 65-dən yuxarı sakinlərdir.
Sorğu zamanı sosioloqlar onu da müəyyənləşdiriblər ki, ehtimallara görə, İngiltərə sakinlərinin təxminən 35 faizi toriləri dəstəkləyəcək, 25 faizi isə leyboristlərə səs verəcək. Liberal demokratlara dəstək olaraq sorğuda iştirak edənlər isə 16 faizi təşkil edə bilər. “Brexit” və “Yaşıl” partiyaları müvafiq olaraq 13 və 8 faiz səs almaq imkanına malikdirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]