Britaniya gələn il mühacirləri yerləşdirməyə 4,2 milyard dollar xərcləyəcək
Bakı, 22 dekabr, AZƏRTAC
Böyük Britaniya hökumətinin mühacirlərin məskunlaşması üçün xərcləri 2023-cü ildə 66 faiz artaraq 3,5 milyard funt-sterlinqə (4,2 milyard dollar) çatacaq.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lordlar Palatası (parlamentin yuxarı palatası) komitəsinin sorğusuna daxili işlər naziri Suella Bravermanın cavabında deyilir. Nazirin sözlərinə görə, bu il həmin xərclər 2,1 milyard funt-sterlinq (2,5 milyard dollar) təşkil edib.
Suella Braverman hazırda Böyük Britaniyada sığınacaq axtaranların ümumi sayının 117 min nəfərə çatdığını bildirib, halbuki sentyabr ayında bu göstərici 100 min nəfər olub. Bunun əsas səbəbi La-Manş boğazından qanunsuz mühacir axınının kəskin artmasıdır. İlin əvvəlindən bəri həmin marşrutla Birləşmiş Krallığa 40 mindən çox mühacir gəlib. Ötən il onların sayı 28,5 min, 2020-ci ildə isə 8,4 min nəfər idi. Bu il qanunsuz mühacirlər arasında ən çox Əfqanıstan, İran, İraq və Albaniya vətəndaşları üstünlük təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
- 16.10.2026 [10:33]
SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq
- 16.10.2026 [07:40]
İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib
- 16.10.2026 [06:52]
Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]