Britaniya hökuməti miqrantların deportasiyası üçün 392 milyon funt sterlinq ayırır
London, 12 fevral, AZƏRTAC
Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək məqsədilə 392 milyon funt sterlinq məbləğində vəsait ayırmağı planlaşdırır.
AZƏRTAC “The Independent”ə istinadən xəbər verir ki, bu prosesə Daxili İşlər Nazirliyi nəzarət edəcək və hökumət 179 milyon funt sterlinqdən 392 milyon funt sterlinqə qədər vəsaitin xərclənməsini nəzərdə tutan 7 illik genişmiqyaslı müqavilə bağlamağı planlaşdırır.
Bu müqaviləyə deportasiya edilən şəxslərin planlı uçuşlarla geri göndərilməsi, hökumət və aviaşirkətlər arasında əlaqələrin qurulması və bəzi hallarda Daxili İşlər Nazirliyi əməkdaşları üçün müvəqqəti yaşayış yerlərinin təmin edilməsi kimi xidmətlər daxildir. Bu addım, Leyboristlər Partiyasının miqrasiya siyasətini sərtləşdirmək üçün göstərdiyi səylərin bir hissəsi olaraq qiymətləndirilir. Hökumət həmçinin miqrasiya reydlərinin videoya çəkilməsi və deportasiya görüntülərinin ictimaiyyətə təqdim edilməsi kimi planlar üzərində işləyir. Lakin bu siyasət siyasi və ictimai dairələrdə ciddi müzakirələrə səbəb olub.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]