Britaniya ilə Norveç arasında hərbi gəmi sazişi imzalanıb
London, 31 avqust, AZƏRTAC
Böyük Britaniya ilə Norveç arasında 10 milyard funt sterlinq dəyərində yeni saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bu razılaşmanı ölkənin dəyərinə görə indiyədək əldə etdiyi ən böyük hərbi gəmi ixracı adlandırıb. Müqaviləyə əsasən, Böyük Britaniya Norveç donanmasına ən azı beş yeni hərbi gəmi tədarük edəcək.
Rəsmi məlumatlara görə, müqavilə 2030-cu illərin ortalarınadək Böyük Britaniyada 4 min iş yerini dəstəkləyəcək. Onlardan 2 mindən çoxu “BAE Systems” şirkətinin Qlazqodakı gəmiqayırma zavodlarında olacaq. Baş nazir Kir Starmer sazişi iqtisadi artımı dəstəkləyəcək və milli təhlükəsizliyi qoruyacaq mühüm uğur kimi dəyərləndirib. O bildirib ki, bu, yalnız Britaniya Silahlı Qüvvələrinin deyil, eyni zamanda, Norveç və NATO-nun təhlükəsizliyi üçün də böyük əhəmiyyət daşıyır.
Müdafiə Nazirliyi qeyd edib ki, bu layihə Birləşmiş Krallıqda fəaliyyət göstərən 400-dən çox şirkəti, o cümlədən Şotlandiyada yerləşən 103 müəssisəni dəstəkləyəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]