Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib
London, 12 fevral, AZƏRTAC
Böyük Britaniya Ukraynaya dəstək istiqamətində yeni yardım paketi elan edib. Bu barədə qərar fevralın 12-də Brüsseldə NATO qərargahında keçirilən Ukrayna sammitində açıqlanıb.
AZƏRTAC Britaniya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu toplantı 26-cı Ukrayna müdafiə əlaqə qrupu çərçivəsində keçirilir və ilk dəfə olaraq Avropa ölkəsi tərəfindən idarə olunur. Sammitə rəhbərlik edən Böyük Britaniyanın müdafiə naziri Con Hili Böyük Britaniyanın Ukraynaya 150 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi ayırdığını elan edib. Bu paket çərçivəsində pilotsuz uçuş aparatları (PUA), tanklar və hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna təqdim ediləcək.
Sammitdə 50-dən çox müttəfiq və tərəfdaş ölkənin nümayəndələri, o cümlədən Ukrayna, ABŞ, Yaponiya və Avstraliya iştirak edib. Görüş Ukraynaya uzunmüddətli dəstəyin və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq birliyin səylərini gücləndirmək məqsədi daşıyır.
Böyük Britaniyanın Ukraynaya verdiyi dəstək yeni 100 illik tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Müdafiə naziri Con Hili bildirib ki, Böyük Britaniya Ukraynaya bu dəstəyi davam etdirməkdə qətiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]