Britaniyada gənclərə siqaret satılması qadağan oluna bilər
Bakı, 5 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti gənclərə siqaret satılmasının qadağan olunması barədə təklif irəli sürüb.
AZƏRTAC xəbər verir ki, təklif qəbul olunarsa, bu, Britaniyada dünyanın ən sərt siqaret qaydalarından birini yaradacaq və iri tütün kompaniyalarının satışlarına zərbə vuracaq.
Baş nazir Rişi Sunakın sözlərinə görə, siqaret ölkənin səhiyyə sisteminə il ərzində 17 milyard funt sterlinqə (təxminən 20,6 milyard dollar) başa gəlir. Hökumət, həmçinin gənclər arasında elektron siqaretlərin yayılması ilə də mübarizə aparmalıdır. Belə ki, Birləşmiş Krallıqda siqaret çəkən gənclərin sayı azalsa da, elektron siqaretlərdən istifadə halları artaraq rekord səviyyəyə çatıb.
Qeyd edək ki, ötən il Yeni Zelandiya 2009-cu ildə və daha sonra doğulan uşaqlara siqaret satılmasını qadağan edən ilk ölkə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]