Bu gün şahmat üzrə Dünya Kubokunun qalibi müəyyən olunacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler Dünya Kubokunun sahibini müəyyən etmək üçün bu gün tay-breykdə görüşəcəklər.
Rusiyalı şahmatçılar arasında klassik şahmat üzrə ümumi hesab 2:2-dir. Bu gün qısaldılmış nəzarət vaxtı rejimində partiyalar oynanılır.
Xatırladaq ki, yarışlar nokaut-sistem üzrə keçirilir. İki partiyadan sonra hesab heç-heçə olarsa, rəqiblər 25+10 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxt nəzarəti rejimində iki partiya, daha sonra 5+3 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər bundan sonra da rəqiblər “sülhlə ayrılsalar”, onda "armaqeddon" (5:4) +3 nəzərdə tutulub, bu halda heç-heçə qaraların xeyrinə sayılır.