Bu gün şahmat üzrə Millətlər Kuboku turnirində doqquzuncu və onuncu turların oyunları keçiriləcək
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da şahmat üzrə Millətlər Kuboku turnirində qrup mərhələsinin sonuncu oyunları - doqquzuncu və onuncu turların matçları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması günün birinci qarşılaşmasında Rusiya seçməsi ilə görüşəcək. Turun digər görüşlərində ABŞ ilə Avropa və Hindistan ilə Çin komandaları üz-üzə gələcəklər.
Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 15 xalla liderliyini davam etdirir. ABŞ komandası 11 xalla ikinci, Avropa yığması 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya, Hindistan komandaları hərəyə 5 xal, dünya yığması 2 xal qazanıb.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]