Bu gün Topaz Premyer Liqasının XX turuna üç oyunla yekun vurulacaq
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də keçiriləcək üç oyunla Topaz Premyer Liqasının XX turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı saat 17:00-da Zirə İdman Kompleksində başlayacaq. “Zirə” komandası “Səbail” klubunu qəbul edəcək. Baş məşqçi Ayxan Abbasovun yetirmələri 3 xal qazanacaqları təqdirdə turnir cədvəlində ikinci yerdə qərarlaşan “Qəbələ” ilə xal fərqini dördə endirəcək. Bu oyunda istənilən nəticə “Səbail” klubunun altıncı pilədəki mövqeyinə təsir etməyəcək. Qarşılaşmada ədaləti təmin etmək Orxan Məmmədova həvalə olunub.
Digər görüşdə isə “Neftçi” klubu “Bakcell Arena”da lider “Qarabağ”ı qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.
Turun sonuncu oyunu isə “Sumqayıt” və “Kəpəz” klubları arasında keçiriləcək. Saat 20:00-da “Kapital Bank Arena”da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək
Qeyd edək ki, turun ilk görüşündə - “Keşlə”-“Qəbələ” oyununda heç-heçə qeydə alınıb - 1:1.
Hazırda turnir cədvəlinə 48 xalla “Qarabağ” klubu başçılıq edir. İkinci pillədə 39 xalla “Qəbələ” qərarlaşıb. İlk üçlüyü tamamlayan “Zirə”nin aktivində isə 32 xal var. Digər yerlərdə “Sumqayıt” (31 xal), “Neftçi” (26 xal), “Səbail” (17 xal), “Keşlə” (16 xal), “Kəpəz” (10 xal) komandaları qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]