Bu gün xalq Ümummilli Liderə öz sədaqətini nümayiş etdirir
Bakı, 10 may, AZƏRTAC
Bu gün müstəqil Azərbaycanın qurucusu, banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 iliyini qeyd edirik. Dahi şəxsiyyətin doğum günündə ölkəmizin əksər vətəndaşları kimi biz də prokurorluq işçiləri olaraq Fəxri xiyabana gəlib, Ulu Öndərin əziz xatirəsinin yad etməyi özümüzə borc bildik. Bu, xalqın öz Ümummilli Liderinə sədaqətinin nümayişidir.
Bu sözləri AZƏRTAC-a mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Xətai rayonunun prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadə deyib.
“Ulu öndər Heydər Əliyev haqqında, onun vətəni və xalqı üçün etdikləri barədə danışmağa kəlimələrin gücü yetməz. Ümummilli Liderin diqqət və qayğısı prokurorluqdan da yan keçməyib. Biz illər ötdükcə bu əvəzolunmaz şəxsiyyətin məqsədyönlü siyasətinin bəhrəsini daha da çox görürük”, - deyə Y.İldırımzadə qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:25]