Bu ilin ilk yarısında Ukraynanı daha 250 min nəfər tərk edib
Bakı, 5 sentyabr, AZƏRTAC
2025-ci ilin yanvar–iyun ayları ərzində təxminən 250 min nəfər Ukraynanı tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin ilk yarısında ölkəni 400 min nəfər tərk etmişdi) miqrasiya tempi bir qədər azalsa da, əhalinin ölkədən axını davam edir. 2025-ci il sentyabrın 2-nə olan məlumata əsasən, hazırda 5,7 milyon ukraynalı ölkə hüdudlarından kənarda yaşayır. Onların əksəriyyəti Almaniya, Polşa və Çexiyada məskunlaşıb.
Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Ukrayna ciddi demoqrafik problemlərlə üzləşib. Ukrayna Milli Elmlər Akademiyasının məlumatına görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə 25–28 milyon əhali yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]