Bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesində 14,2 faiz artım müşahidə olunub
Bakı, 24 may, AZƏRTAC
2018-ci ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 274,0 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 2,2 dəfə, metallurgiya sənayesində isə 14,2 faiz artım müşahidə olunub.
Həmin dövrdə sahə üzrə 97,8 min ton (40,8 faiz çox) armatur, 6 005,4 ton (5,1 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 232,5 ton (42,2 faiz çox) alüminium çubuqlar, millər və profillər, 912,3 ton (9,7 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]