Azərbaycan Dövlət İnformasiya Agentliyi

Builki prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcıdır - RƏY

Builki prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcıdır - RƏY

Bakı, 9 fevral, AZƏRTAC

2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin nəticələri hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsindən asılıdır. Azərbaycan zəngin seçki təcrübəsi ilə daim dünyanın diqqətində olub. Seçkidən-seçkiyə bu təcrübənin daha da təkmilləşməsi Azərbaycan dövlətinin seçki kampaniyalarının demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. 7 fevral prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Bu seçki kampaniyasına beynəlxalq səviyyədə göstərilən maraq müşahidəçilərin, həmçinin prosesi işıqlandıran mətbu orqanların say tərkibində də özünün aydın ifadəsini tapdı. Seçkilərlə bağlı rəylərdə qeyd edildi ki, siyasi kampaniyanın demokratikliyi yüksək səviyyədə təmin edilib, seçici fəallığı həm yaradılan şəraitin, həm də ölkədə görülən işlərin, qazanılan uğurların göstəricisidir. Hər kəs seçki məntəqələrinə gələrək seçki hüquqlarından istifadə etməklə həm özünün, həm də ölkəsinin uğurlu gələcəyi üçün seçimini etdi. Azərbaycanın demokratiya təcrübəsinin nümunə olduğu əsaslı şəkildə qeyd olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, builki prezident seçkiləri Azərbaycanın müasir tarixinə daha bir möhtəşəm səhifəni yazdı: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda keçirilən bu seçkilərin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırdı. Suverenliyimizin tam bərpa olunması bu seçkilərin keçirilməsini zərurətə çevirən mühüm amil oldu. Çünki Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin uğurlu icrası artıq yeni hədəflərə bir çağırış oldu. Xatırlasaq, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik”.

Deputat vurğulayıb ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ölkəmiz mühüm təşəbbüslərin müəllifidir. Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, iqtisadi müstəqilliyimiz təmin olundu. Son 20 ildə bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Ölkə iqtisadiyyatı dörd dəfədən çox artıb. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizin möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur. Dövlətimizin başçısının bütün çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır.

Bildirilib ki, 20 ilin təqdimatı olan 7 fevral seçkiləri yeni dövrün başlanğıcıdır. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyevin ilkin məlumatlara görə 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının Prezidentinə inamının, etimadının, onun ətrafında dəmir yumruq kimi birləşərək bundan sonra da ölkəmizin zəfərdən-zəfərə doğru inamla irəliləmək istəklərinin göstəricisidir. Hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəliş mərhələsini yaşayır. Bu torpaqlarımız Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatı olmaqla yanaşı, yaradılan şərait vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirir.

Deputat diqqətə çatdırıb ki, Zəfər seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin nümayişi oldu. “Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. Tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin sözünün dəyəri daha da artır. Bu reallıqların mühüm tərkib hissəsi kimi Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan torpaqlarımızda əsl canlanma baş verib. Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə işğaldan azad edilmiş ərazilərdəki ümumilikdə 47 seçki məntəqəsi üzrə seçici fəallığı 93 faizdən çox olub. Müstəqillik tariximizin Zəfər seçkilərində inamlı qələbəsi ilə bu gün dünyanın diqqətində olan İlham Əliyevə milyonların inamı, etimadı beynəlxalq səviyyədə də xüsusi vurğulanır. Dövlət başçısına təbrik məktublarında Onun rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar qeyd edilir. Soydaşlarımızın 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi İlham Əliyevdir. Xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır, əbədidir”, - deyə M.Həsənov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ

Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır