Buraxılış imtahanının birinci mərhələsində 39 min 966 şagird iştirak edəcək
Bakı, 27 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanının birinci mərhələsində 39 min 966 şagird iştirak edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək.
İmtahanda Bak şəhəri Yasamal rayonunda 2980, Binəqədi rayonunda 4508, Səbail rayonunda 1658, Xətai rayonunda 3929, Xəzər rayonunda 3275, Nərimanov rayonunda 2907, Suraxanı rayonunda 3181, Sabunçu rayonunda 5165, Nəsimi rayonunda 2571, Qaradağ rayonunda 2307, Nizami rayonunda 2492, Pirallahı rayonunda 420, Naxçıvan Muxtar Respublikasında 3536, Şirvan şəhərində 1037 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]
Gənc arxeoloqlara Ankara Universitetindən yüksək etimad
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]