“Buta Airways” Bakı-Batumi-Bakı aviareysini sentyabrın 13-dək həyata keçirəcək
Tbilisi, 2 aprel, AZƏRTAC
Gürcüstanın Mülki Aviasiya Agentliyi yaz-yay mövsümü ilə əlaqədar 2 ölkənin aviaşirkətinə Batumiyə birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın “Buta Airways” loukoster aviaşirkəti iyunun 14-dən başlayaraq sentyabrın 13-dək Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə 2 dəfə uçuşlar həyata keçirəcək. Uçuşlar həftənin cümə və bazar günləri yerinə yetiriləcək. Uçuşlar “Embraer E-190”, “Airbus A-319” və “A-320” model təyyarələr vasitəsilə reallaşdırılacaq.
Ukraynanın “SkyUp Airlines” şirkəti də Batumiyə birbaşa uçuşlar həyata keçirəcək. Şirkət mayın 25-dən başlayaraq Kiyev-Batumi-Kiyev istiqamətində həftədə 10 uçuş yerinə yetirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]