İDMAN
Canluici Donnarumma Buffonun rekordunu yeniləyib
Bakı, 22 fevral, AZƏRTAC
İtaliyanın “Milan” futbol klubunun qapıçısı Canluici Donnarumma “Yuventus” komandasının qolkiperi Canluici Buffonun rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, o, buna A seriyasının 22-ci turunda “İnter”lə görüşdə (0:3) nail olub. İyirmi bir yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, C.Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.
İndiyədək ən yaxşı göstərici “Yuventus”un qapıçısı Canluici Buffona məxsus idi- 24 yaş 84 gün.
Qeyd edək ki, C.Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]