Azərbaycan Dövlət İnformasiya Agentliyi

CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR

Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.

İMİŞLİ RAYONU

Şura iclasının iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev hesabat məruzəsində məlumat vermişdir ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 87429,5 min mаnаtlıq məhsul istеhsаl еdilmiş və хidmət göstərilmişdir. Məhsul burахılışı ötən ilin müvаfiq dövrü ilə müqаyisədə 18,7 fаiz аrtmışdır. Taxıl, kаrtоf, tərəvəz, şəkər çuğunduru, pambıq istehsalı artmışdır. Hər hektardan 36 sentner taxıl yığılmış, 6550 ton kartof, 3322 ton tərəvəz, 242 ton meyvə tədarük edilmişdir.

Bildirilmişdir ki, qаrаmalın sаyı 76112 bаşа, dаvаrlаrın sаyı isə 213950 bаşа çаtmışdır. Cаri ilin birinci yarısında 3373 tоn diri çəkidə ət, 14871 tоn süd, 275 ton yun, 7895 min ədəd yumurtа istеhsаl оlunmuşdur.

Digər sahələrdə görülən işlərdən də danışılmış və altı ayda qazanılmış sosial-iqtisadi göstəricilər uğurlu sayılmışdır.

XOCAVƏND RAYONU

İclasda cari ilin ilk yarısında görülmüş işlər ətraflı müzakirə olunmuş, mövcud problemlərin həlli yolları barədə danışılmışdır. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Yeni Tuğ qəsəbəsində torpaqların şoranlaşmasının qarşısının alınması məqsədi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu hesabına smeta dəyəri 40742 manat olan drenaj kanalının çəkilişi başa çatmış, Yeni Xocavənd qəsəbəsində Yaponiya səfirliyinin təşəbbüsü ilə 11 otaqlı məktəbin, Yeni Tuğ qəsəbəsində sahə xəstəxanasının tikintisinə başlanmışdır.

Vurğulanmışdır ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı (2004-2008-ci illər)”nın icrası ilə əlaqədar rayonda 500 ailəlik qəsəbənin inşası davam etdirilir.

DƏVƏÇİ RAYONU

Rayonun sosial-iqtisadi inkişafındakı uğurlar sevindiricidir. Bu ilin altı ayında ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,7 faiz artmışdır. Adambaşına düşən ümumi məhsul istehsalı 56 faiz artaraq 908 manata çatmışdır. 45 milyon 449,4 min manatlıq ümumi məhsul buraxılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 770,2 min manat çoxdur. Ötən altı ayda 5 milyon 186 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorda sənaye məhsulları istehsalının həcmi 4 milyon 206 min manat olmuşdur. Kiçik sahibkarlığın inkişaf etdirilməsi üçün 2 milyon 123,08 min manat kredit verilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov müşavirədə bildirmişdir ki, ilin ilk yarısında dörd özəl istehsal müəssisəsi işə düşmüş, iki müəssisənin fəaliyyəti bərpa edilmişdir. Hazırda ondan çox istehsal müəssisəsi tikilir. Altı ayda 415 iş yeri açılmışdır ki, onlardan 133-ü daimidir.

Qeyd olunmuşdur ki, yarım ildə kənd təsərrüfatı məhsullarının istehsalı artaraq 21 milyon 36 min manata çatmışdır. Suvarma suyuna olan tələbatı ödəmək üçün suvarma kanalı lildən təmizlənmiş, əsaslı və cari təmir, sahilbərkitmə işləri aparılmışdır. Sosial problemlərin həlli, təhsil, səhiyyə mədəniyyət, turizm, abadlıq-quruculuq sahələrində də göstəricilər qənaətbəxşdir.

NƏRİMANOV RAYONU

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsində cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddətdə xidmətlər də daxil olmaqla, 139,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Artım keçən ilin müvafiq dövrünə nisbətən 159,4 faiz təşkil etmişdir. İlin birinci yarısında 7939 daimi iş yeri açılmışdır. Rayonun tikinti təşkilatları tərəfindən 280,2 milyon manatlıq iş görülmüşdür. Bu sahədə çalışan işçilərin orta əmək haqqı 290,5 manat olmuşdur. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən olan pullu xidmətlərin həcmi 22,2 faiz artmış və 55 milyon manat təşkil etmişdir.

Təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərdən də söhbət getmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün gələcəkdə də imkanların səfərbər ediləcəyi vurğulanmışdır.

TOVUZ RAYONU

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonu ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında töhfəsini verir. Hesabat dövründə fermerlər 9491 hektar sahədən 29517 ton buğda məhsulu əldə etmişlər. Hər hektardan məhsuldarlıq 31,1 sentnerdir. 2136 ton ət, 9630 ton süd, 8 milyon 530 min ədəd yumurta istehsal olunmuşdur. Kənd təsərrüfatında məhsul və xidmətlərin ümumi həcmi 11864,0 min manat təşkil etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsində bildirmişdir ki, cari ilin altı ayında rayon iqtisadiyyatının əsas sahələrində məhsul istehsalı və xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz artaraq 49302,1 min manat olmuşdur.

Bu müddət ərzində rayonda 572 yeni iş yeri açılmış, tikinti və quruculuq işləri davam etdirilmişdir. Hazırda Olimpiya-İdman Kompleksinin və inzibati binaların tikintisi aparılır.

LAÇIN RAYONU

İcra hakimiyətinin başçısı Ramiz Cəbrayılov hesabat yığıncağında bildirmişdir ki, bu ilin altı ayında Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, bu ərazidə və laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər ərazilərdə 1.494.860 manat həcmində tikinti-abadlıq işləri görülmüşdür. Əhalinin elektrik enerjisi və su ilə təminatı yaxşılaşdırılmış, yollar çəkilmişdir.

Saatlı-Sabirabad rayonları ərazisində məskunlaşan məcburi köçkünlər Taxtakörpü ərazisində salınmış yeni qəsəbəyə köçürülmüş, “Kapital” bankın Laçın filialı üçün bina tikilmiş, mədəniyyət və istirahət parkı salınmışdır.

Hesabat dövründə 9.127 ton taxıl, 4.855 ton yem tədarük edilmiş, qaramalın sayı 26.417 başa, davarların sayı 187.530 başa çatdırılmışdır.

NƏSİMİ RAYONU

İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev cari ilin birinci yarısında paytaxtın Nəsimi rayonunun sosial-iqtisadi inkişafında ciddi nailiyyətlərin əldə olunduğunu, 2354 iş yeri yaradıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala 70 milyon 430 min manat məbləğində vəsait yönəldilmişdir. Hesabat dövründə 20 milyon 314 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onların da 7,7 faizini istehsal əhəmiyyətli obyektlər təşkil etmişdir. Cari ilin ilk altı ayında rayonun sənaye müəssisələrində 96 milyon 643 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına 51 min 177 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

Yığıncaqda rayonda aparılan tikinti-quruculuq, təmir və abadlaşdırma işlərindən, təhsil, səhiyyə, idman və digər sahələrdəki uğurlardan və problemlərdən danışılmış, çoxmərtəbəli binaların lift təminatını yaxşılaşdırmaq, qışa hazırlıqla əlaqədar istilik sistemlərinin qaydaya salınması üçün müvafiq tapşırıqlar verilmişdir.

ŞƏMKİR RAYONU

Ümumrayon müşavirəsində rayonun 6 aylıq göstəricilərini təhlil edən icra hakimiyyətinin başçısı Nazim Veysov demişdir ki, ümumi daxili məhsul istehsalının həcmi keçən ilə nisbətən 12 faiz artaraq, 85 milyon 246 manat olmuşdur. 1998 yeni iş yeri açılmışdır, 2 min ailəyə ünvanlı sosial yardım verilir. Hazırda rayonda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan parkda və ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksində yenidənqurma işləri aparılır. Şəmkir Olimpiya İdman Kompleksi, ticarət mərkəzi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilir.

Məruzəçi məlumat vermişdir ki, 43313 ton taxıl, 68016 ton kartof, 51937 ton tərəvəz, 5425 ton meyvə, 2979 ton bostan məhsulları yığılmış, 2980 ton ət, 18012 ton süd, 434 ton yun,19 milyon 220 min ədəd yumurta istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur.

Müşavirədə təhsil, səhiyyə və mədəniyyət sahələrində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən geniş söhbət açılmışdır. Əhalinin fasiləsiz elektrik enerjisi, qaz və su ilə təminatı məsələləri müzakirə edilmişdir.

QUBA RAYONU

Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin ilk yarısına nisbətən 1 milyon 57 min manat artaraq, 26 milyon 813 min manat təşkil etmişdir. İstehsal olunmuş məhsulun 21 milyon 735 min manatı (81,1 faiz) kənd təsərrüfatının, 5 milyon 78 min manatı (18,9 faiz) sənaye istehsalının payına düşmüşdür. Rayon üzrə adambaşına düşən məhsulun həcmi də 2,7 faiz artaraq 442 manat olmuşdur.

Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov hesabat məruzəsində bildirmişdir ki, altı ayda 1128 ton taxıl, 336 ton kartof, 614 ton tərəvəz, 9194 ton meyvə, 3256 ton ət, 18865 ton süd, 358 ton yun, 5 milyon 412 min ədəd yumurta istehsal olunmuşdur. 781 yeni iş yeri açılmışdır. Rayon üzrə 13619 hektar payızlıq taxıl əkini sahəsinin 94 faizi biçilmiş, 29700 tonadək taxıl yığılmışdır. Heyvandarlıqda da artım müşahidə olunmuşdur. Ötən dövrdə Dağlı kəndində Yaponiya səfirliyinin vəsaiti hesabına 140 nəfərlik məktəb binası tikilib istifadəyə verilmiş, altı kənddə məktəb binalarının inşası davam etdirilir.  

QUSAR RAYONU

Sosial-iqtisadi sahədə inkişaf Qusar rayonunun da timsalında müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 4,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 14,9 faiz, poçt və rabitə xidmətlərinin həcmi 26,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 35 faiz, əhaliyə göstərilən pullu xidmətlər 68,9 faiz, kənd təsərrüfatında məhsul istehsalı 8 faiz və nəqliyyatdan əldə edilən gəlirlər 27,7 faiz artmışdır. Cari ilin birinci yarısında 964 yeni iş yeri açılmışdır.

Hesabat məruzəsində bildirilmişdir ki, kənd təsərrüfatı istehsalında da artım var. Belə ki, rayondakı 22 min 58 hektar taxıl sahəsindən 441 min 168 sentner məhsul yığılmışdır. 3 min tondan çox kartof, 3 min 200 tondan çox tərəvəz, 856 tondan çox meyvə, 2072 ton ət, 12797 ton süd, 2 milyon 780 min ədəd yumurta, 109 ton yun istehsal olunmuşdur.

Rayon mərkəzində və kəndlərdə məktəb və səhiyyə ocaqları tikilmiş, əsaslı təmir, abadlıq işləri görülmüşdür.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli suya olan tələbatının ödənilməsinə ciddi fikir verilmiş, rayonda rabitə xidmətinin səviyyəsi yaxşılaşdırılmışdır.

SAATLI RAYONU

İcra hakimiyyətinin başcısı Siracəddin Cabbarov hesabat məruzəsində bildirmişdir ki, altı ayda ümumi məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq, 45 milyon 785,3 min manat olmuşdur. O cümlədən sənayedə artım 45,2 faiz, kənd təsərrüfatında isə 21,7 faiz təşkil etmişdir. Taxılçılar 80 min ton məhsul yığmışlar. Qaramalın baş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1226 baş artaraq 62 min 486 başa, qoyun və keçilərin sayı 2214 baş artaraq 86 min 467 başa çatmışdır. 3219,5 ton ət, 17311,8 ton süd istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 75,4 ton, süd istehsalı 127,2 ton artmışdır.

Hesabat dövründə rayondakı 12 sənaye müəssisəsi və fiziki şəxs tərəfindən 3 milyon 873,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Əsas kapitala yönəldilən vəsaitin həcmi 2 milyon 392,8 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,6 faiz çoxdur. Altı ayda rayonda 379 iş yeri açılmışdır ki, bunun da 249-u fəaliyyəti bərpa edilən müəssisə və təşkilatların payına duşur.

SABİRABAD RAYONU

2008-ci ilin altı ayında rayonda sosial-iqtisadi sahədə görülmüş işlərə yekun vurulmuşdur. 92436 ton taxıl istehsal edilmişdir ki, bu da ötən illə müqayisədə 8467 ton çoxdur. Qaramalın sayı 1359 baş artaraq 102321 başa, davarların sayı isə 2676 baş artaraq 156931 başa çatdırılmışdır. 5123 ton (diri çəkidə) ət, 34875 ton süd, 17245 min ədəd yumurta və 326 ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 277 ton, süd istehsalı 1864 ton, yun istehsalı 18 ton, yumurta istehsalı isə 1769 min ədəd artmışdır.

İcra hakimiyyətinin başçısı Heydər Abbasov demişdir ki, yarım ildə rayonda 78 milyon 570 min manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı 35,6 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 32 faiz, nəqliyyat xidməti 36,3 faiz, rabitə xidməti 15,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 12,4 faiz artmışdır. Adambaşına məhsul istehsalı 46,8 faiz, adambaşına pul gəlirləri 2,3 dəfə, hər işçinin orta aylıq əmək haqqı 17,1 faiz yüksəlmişdir. Əsas kapitala yönəldilən vəsaitin həcmi 5 milyon 315 min manat olmuş, 1352 iş yeri açılmışdır. Osmanlı kəndində yeni feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Ulacalı kənd sahə xəstəxanası, əsas məktəb binaları, Yolçubəyli və Həşimxanlı həkim ambulatoriyaları əsaslı təmir edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq