CARİ İLİN BİRİNCİ YARISINDA BAKIDA 634 YOL-NƏQLİYYAT HADİSƏSİ QEYDƏ ALINMIŞDIR
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, 2008-ci ilin 6 ayı ərzində paytaxtda 133 nəfərin ölümünə, 708 nəfərin yaralanmasına səbəb olan 634 yol-nəqliyyat qəzası baş vermişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölənlərin sayı 23 faiz, hadisələrin sayı 5,2 faiz, yaralananların sayı isə 5,4 faiz azalmışdır.
Aparılmış təhlillərdən məlum olmuşdur ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti - 205-i gecə saatlarında baş vermişdir.
Hadisələrin baş verməsinin əsas səbəblərindən biri də avtomobillərin yüksək sürətlə idarə edilməsidir. Bu da qeydə alınan hadisələrin 47 faizini təşkil edir.
Hesabat dövründə yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə 243 min 165 sürücü saxlanılmış və onlar haqqında müvafiq tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]