İQTİSADİYYAT
Cari ilin iki ayında informasiya və rabitə xidmətlərinin dəyəri 9,3 faiz artıb
Bakı, 16 mart, AZƏRTAC
2019-cu ilin yanvar-fevral ayıları ərzində informasiya və rabitə müəssisələri 306,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 43,9 faizi və ya 134,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]