Cavad Övci: Xəzər dənizindəki bəzi yataqların işlənilməsi üçün Azərbaycanla birgə komissiya yaradılacaq
Tehran, 18 iyun, AZƏRTAC
Xəzər dənizindəki bəzi yataqların işlənilməsi üçün Azərbaycan Respublikası ilə birgə komissiyanın yaradılması haqqında razılıq əldə etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Cavad Övci jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, enerji daşıyıcılarının birgə işlənməsi, hasilatı və ixracı hər iki dövlətin maraqlarına cavab verir. İran və Azərbaycan şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Hər iki ölkənin neft və qazla zəngin olması əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirir. İran yaxın qonşuları ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan da İranın yaxın qonşusu və dost dövlətdir. Hər iki ölkənin böyük potensialı var və bu potensialdan istifadə etmək zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [10:48]
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
- 09.10.2026 [10:43]
Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb
- 09.10.2026 [10:43]
® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
- 09.10.2026 [10:22]
Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb
- 09.10.2026 [10:05]
Qızıl 70 dollaradək bahalaşıb VİDEO
- 09.10.2026 [10:02]
Birjalarda neft ucuzlaşıb VİDEO
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]