Cavid İsmayılov: Naxçıvan Dövlət Universitetində yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq
Bakı, 17 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi universitetin sosial və maddi-texniki infrastrukturunun daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2026-cı il avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən, yataqxananın tikintisinin maliyyələşdirilməsi məqsədilə Elm və Təhsil Nazirliyinə vəsait ayrılması dövlət tərəfindən ali təhsilə və tələbələrin sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar rəssam, Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının dosenti Cavid İsmayılov deyib.
O bildirib ki, yeni yataqxananın istifadəyə verilməsi tələbələrin yaşayışla bağlı problemlərinin həllinə, onların rahat və təhlükəsiz şəraitdə təhsil almalarına, eləcə də universitetin müasir kampus infrastrukturunun formalaşdırılmasına mühüm töhfə verəcək.
Cavid İsmayılov qeyd edib ki, layihənin həyata keçirilməsi Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, tələbəyönümlü və müasir ali təhsil mühitinin inkişafına da yeni imkanlar yaradacaq.
Müxbir – Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [12:24]
İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək
- 17.08.2026 [10:09]
Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev
- 17.08.2026 [05:56]
Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər
- 16.08.2026 [08:51]
Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə
- 14.08.2026 [23:44]
“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib
- 14.08.2026 [23:13]
Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]