Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır
Bakı, 17 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesinə başlanılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat avqustun 19-u saat 15:00-dan avqustun 31-i saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır;
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər;
15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA Rəqəmsal İmza” ilə açmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [13:06]
Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır
- 17.08.2026 [11:44]
Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb
- 17.08.2026 [11:05]
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub
- 17.08.2026 [10:59]
BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir
- 17.08.2026 [10:57]
Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq
- 17.08.2026 [10:37]
DİM: İxtisas seçimi ərizəsini təsdiqləyənlərin sayı 59 minə çatır
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]
İmişlidə şin partlayıb, usta xəsarət alıb
- 16.08.2026 [22:50]