“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib
Bakı, 17 avqust, AZƏRTAC
İtaliyanın “Yuventus” klubu “Bolonya”nın və Kolumbiya millisinin mərkəz müdafiəçisi Con Lukuminin transferini rəsmən açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı futbolçu Turin təmsilçisi ilə 2030-cu ilədək müqavilə imzalayıb. Məlumata görə, transferin ümumi dəyəri bonuslar nəzərə alınmaqla 20 milyon avro təşkil edir.
Con Lukumi 2022-ci ildən “Bolonya”nın formasını geyinirdi. O, ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Lukumi builki dünya çempionatında Kolumbiya millisinin 5 matçının hamısında tam heyətdə mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]