Almaniyadan könüllü geri qayıdanların sayı artıb
Berlin, 17 avqust, AZƏRTAC
Almaniyada miqrantların və sığınacaq müraciətləri rədd edilmiş şəxslərin bu ölkəni könüllü tərk etməsi hallarının sayı artıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, 2026-cı ilin ilk altı ayında 9276 nəfər geriqayıdış proqramları çərçivəsində Almaniyanı tərk edərək mənşə ölkələrinə gedib. Bu göstərici ötən ilin eyni dövründə təxminən 7300 nəfər olub.
Bütövlükdə 2025-ci il ərzində federal qurumlar 16 min 600 nəfərin mənşə ölkəsinə və ya onları qəbul etməyə hazır üçüncü ölkəyə könüllü qayıtmasına dəstək verib. Bu göstərici 2024-cü ildə 10 min 358 nəfər təşkil edib.
İyunun sonuna Almaniyada ölkəni tərk etməli olan 258 min 845 nəfər qeydə alınıb. Onların 199 min 271 nəfəri müvəqqəti qalma statusunda olub. Bu ilin birinci yarısında 18 min 939 nəfər ölkədən deportasiya edilib.
Federal Miqrasiya və Qaçqınlar İdarəsi qaçqınların öz ölkələrinə və ya üçüncü ölkələrə könüllü qayıtmalarını təşviq etmək üçün uçuş xərclərini ödəməklə yanaşı, böyüklərin hər birinə 1000, uşaq və gənclər üçün isə 500 avro məbləğində maliyyə yardımı göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [12:57]
İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur
- 17.08.2026 [12:22]
Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır
- 17.08.2026 [10:35]
Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub
- 17.08.2026 [06:02]
Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir
- 17.08.2026 [05:34]
Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]