Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub
Moskva, 17 avqust, AZƏRTAC
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində ölkənin regionları üzərində Ukraynaya məxsus 205 pilotsuz uçuş aparatını məhv edib.
AZƏRTAC xəbər verir ki, Belqorod vilayətinin Valuyki şəhər dairəsinin Koloskovo kəndinin raket atəşinə tutulması nəticəsində altı nəfər həlak olub, daha dörd nəfər, o cümlədən 14 yaşlı uşaq yaralanıb.
Yaralananlardan ikisinə tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Biri uşaq olmaqla daha iki nəfər Valuyki xəstəxanasına çatdırılıb.
Zərbə endirilən ərazidə əlavə təsərrüfat tikilisi yanıb, minik avtomobilinə ziyan dəyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]