Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib
Bakı, 17 avqust, AZƏRTAC
İspaniyanın Seuta muxtar şəhərində yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib.
AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, çimərlikdə müvəqqəti düşərgə quran miqrantlar İspaniya bayraqlarını dalğalandırıb və ölkədə sığınacaq tələb edən plakatlar açıblar.
İyulun sonunda on minlərlə qanunsuz miqrant dənizdə bir neçə mil üzərək Seutaya çatıb. Böhran fonunda İspaniya hökuməti təhlükəsizliyin təmin edilməsi üçün şəhərdə ordu yerləşdirmək qərarına gəlib. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilir. Lakin İspaniya hakimiyyət orqanlarının məlumatına görə, təxminən 5000 miqrant hələ də şəhərdə qala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]