“Latsio” İtaliya Kubokunda ilk mərhələdə mübarizəni dayandırıb
Bakı, 17 avqust, AZƏRTAC
“Latsio” İtaliya Kubokunun ilk mərhələsində mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi 1/32 finalda B Seriyasında çıxış edən “Mantova”ya 0:2 hesabı ilə məğlub olub.
Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb. Françesko Ruokko “Mantova”nı önə keçirib. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə İsmael Kayatso fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, görüş Cennaro Qattuzonun Roma klubunun baş məşqçisi kimi ilk oyunu olub.
Xatırladaq ki, “Latsio” ötən mövsüm İtaliya Kubokunun finalında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]