Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib
Ankara, 17 avqust, AZƏRTAC
Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 1999-cu ildəki 5 faizdən 58 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) rəhbəri Ali Hamza Pehlivan 1999-cu ildə episentri Kocaeli vilayətinin Gölcük rayonunda yerləşən dağıdıcı zəlzələnin 27-ci ildönümünə həsr olunmuş televiziya proqramında bildirib.
O xatırladıb ki, 7,4 maqnitudalı yeraltı təkanlar 45 saniyə davam edib, 17 min 480 nəfərin həyatına son qoyub, daha 43 min 953 sakin yaralanıb.
AFAD-ın rəhbəri qeyd edib ki, 1999-cu il avqustun 17-də Kocaelidə zəlzələ baş verən zaman ölkədə təxminən 2 min sertifikatlı xilasedici var idisə, bu gün artıq 5 min mütəxəssis və 600 min könüllüdən söhbət gedir. Onlar polis və jandarm əməkdaşları ilə birlikdə 175 min nəfərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarını qısa müddətdə təşkil edə bilirlər.
Ali Hamza Pehlivan təbii fəlakət risklərinin idarəolunmasında könüllülük sisteminin əhəmiyyətini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, ölkə üzrə AFAD-ın 286 min könüllüsü onlayn kurslar formatında təlim keçib ki, bu da ehtimal olunan fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı mühüm dəstəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [13:48]
Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb
- 17.08.2026 [13:02]
Almaniyadan könüllü geri qayıdanların sayı artıb
- 17.08.2026 [12:57]
İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur
- 17.08.2026 [12:22]
Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır
- 17.08.2026 [10:35]
Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub
- 17.08.2026 [06:02]
Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir
- 17.08.2026 [05:34]