Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb
Bakı, 17 avqust, AZƏRTAC
Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycanın cüdo millisi İspaniya Superkubokunda qüvvəsini sınayıb.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Zelim Tçkayev (90 kiloqram) və Murad Fətiyev (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.