Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi FOTO










Bakı, 24 may, AZƏRTAC
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi Karxulu inzibati ərazi vahidində, Araz çayının sol sahilində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Maralyan kəndinin görüntülərini təqdim edir.