Cəbrayıl rayonunun Daş Veysəlli kəndi FOTO
Bakı, 28 may, AZƏRTAC
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi Minbaşılı inzibati ərazi vahidində, Gəyan çölündə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Daş Veysəlli kəndinin görüntülərini təqdim edir.