CƏLİLABAD RAYONUNDA TAXIL BİÇİNİNƏ 225 KOMBAYN CƏLB EDİLMİŞDİR
Cəlilabad, 11 iyul (AZƏRTAC). Respublikanın ən iri taxılçılıq rayonlarından biri olan Cəlilabadda bu il 66 min 987 hektarda taxıl və dənli paxlalılar əkilmişdir.
Rayonda biçin kampaniyası başlandığı gündən indiyədək 61 min 875 hektar sahədə biçin aparılmış və 118 min 181 ton məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq hələlik 19,1 sentnerdir. 52 min 390 hektar buğda zəmisindən isə 105 min 304 ton məhsul tədarük olunmuş, hektarın məhsuldarlığı 20,1 sentner olmuşdur.
Rayonda taxıl biçininə 225 kombayn cəlb edilmişdir. Biçilmiş taxıl məhsulunu vaxtında və itkisiz daşımaq üçün fermerlər və torpaq mülkiyyətçiləri lazımi texnika ilə təmin olunmuşlar.
Rayonda tədarük edilmiş taxıl məhsulları əsasən respublikanın un dəyirmanlarına, Siyəzən və digər quşçuluq fabriklərinə, qonşu Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının əhalisinə satılır.
Bu il rayonda 128 min ton taxıl, o cümlədən 117 min tondan çox buğda götürüləcəyi proqnozlaşdırılır.
Mühüm kampaniyanı iyulun 20-dək başa çatdırmaq nəzərdə tutulmuşdur.
Xatırladaq ki, 2008-ci ildə buğda əkininə görə məhsul istehsalçılarına dövlət tərəfindən 2,5 milyon manat məbləğində yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]