Cəlilabadda sakinlərə koronavirus infeksiyasına qarşı mübarizə yolları haqqında məlumat verilib
Cəlilabad, 17 avqust, Bağır Əliyev, AZƏƏRTAC
Cəlilabadda COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində sakinlərin daha kompakt şəkildə toplaşdığı ünvanlarda, ictimai məkanlarda insanların maarifləndirilməsi, eləcə də Operativ Qərargahın göstərişlərinə əməl etməyin vacibliyi ilə bağlı məlumatlarverici posterlər yapışdırılıb.
Aksiya çərçivəsində, həmçinin rayon sakinləri ilə koronavirusla mübarizədə peyvəndin əhəmiyyəti və ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılıb.