CƏMİYYƏT
Cəlilabadda “Uşaq hüquqları” aylığı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən “Uşaq hüquqları” aylığı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu beynəlxalq sənədlər, Ombudsman təsisatında uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir. Ombudsman təsisatında Uşaq hüquqları üzrə qaynar xəttin fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.
Qeyd edək ki, noyabrın 20-dək davam edəcək aylıq çərçivəsində Müvəkkilin Gəncə, Şəki və Quba Regional mərkəzlərində də müvafiq tədbirləri nəzərdə tutulur.