CƏNUB BÖLGƏSİNİN YAZARLARI “KİTAB BAYRAMI”NIN LAUREATI OLMUŞLAR
2003-cü ilin “Detektiv kitabı” nominasiyasının qalibi yazıçı–publisist Əli Bayramov “Qan ləkəsi” kitabındakı “Xəzinə”, “Bəyaz qızlar” və başqa əsərləri ilə milli nəşrimizin bədii-detektiv qolunun inkişafına təkan verən estetik axtarışlarına görə, “Bədii publisistik kitabı” nominasiyasının qalibi yazıçı-dramaturq Hüseynbala Mirələmov “Millət atası” kitabındakı “İşığın izi ilə”, “Fenomenlərin ağ yolu” və “Zəfər yolu” bədii-publisistik əsərlərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ədəbi surətini ustalıqla yaratdığına görə, “İlin romanı” nominasiyasının qalibi yazıçı-dramaturq Əyyub Qiyas “Qara işıq” kitabındakı eyniadlı romanı ilə çağdaş ədəbiyyatımızın mistik istiqamətinə təkan verdiyinə və sənət axtarışlarına görə, “Yeni nəsil yazarı” nominasiyasının qalibi yazıçı-dramaturq Samir Sədaqətoğlu “İtən vaxt” kitabında toplanmış əsərlərə və dövrü mətbuatdakı bədii yazılarına görə dördüncü Bakı “Kitab bayramı”nın mukafat komissiyasının qərarı ilə 2003-cü ilin Ədəbi-Kulturoloji Mükafatları laureatı adına layiq görülmüşlər.
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]