Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib
Bakı, 2 dekabr, AZƏRTAC
Cənubi Çexiyada şiddətli qar fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.
AZƏRTAC Çex Radiosuna istinadla xəbər verir ki, Cənubi Çexiyanın bəzi ərazilərində qar örtüyünün qalınlığı hazırda 75 santimetrə çatır. Bu səbəbdən qatarların hərəkət cədvəli pozulur. Bir neçəsi nəqliyyatın hərəkəti üçün bağlanan magistral yollarda ciddi problemlər müşahidə edilir. Bütün qartəmizləyici texnika səfərbər edilsə də, yollarda nəqliyyat vasitələrinin keçidini təmin etmək mümkün olmur. Bölgədə 10 min ev işıqsız qalıb.
Bu arada Çexiyanın əksər rayonlarında qar intensivləşib. Paytaxt Praqada da nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Polis yol qəzalarının sayının kəskin artdığını, energetiklər isə elektrik təchizatı sistemində yaranan nasazlıqlar səbəbindən işıqların kəsildiyini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]