Cənubi Koreyanın 250 nəfərlik nümayəndə heyətinin KXDR-ə səfəri başlayıb
Bakı, 12 fevral, AZƏRTAC
Cənubi Koreyanın vətəndaş cəmiyyətinin fəallarından ibarət geniş nümayəndə heyətinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, səfərin məqsədi Şimali Koreyada şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan yeni il şənliklərində iştirak etməkdir. Təxminən 250 nəfərlik nümayəndə heyəti bir neçə avtobusla quru sərhədini keçərək Kımqan dağındakı kurorta yollanıb. Həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının, dini icmaların rəhbərlərindən, habelə jurnalistlərdən ibarət nümayəndə heyəti iki gün ərzində yeni il şənlikləri ilə yanaşı, KXDR-dən olan həmkarları ilə görüşərək birgə layihələri müzakirə edəcək, dini məbədlərə baş çəkəcəklər.
Bu, cari ildə ilk xalq diplomatiyası fəaliyyətidir. Ötən il bu çərçivədə qarşılıqlı bir neçə səfər həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]